Orxan Mirzəyev: “Musiqi aləminin daha bir əfsanəsini itirdik”

Hazırda oxunan: Orxan Mirzəyev: “Musiqi aləminin daha bir əfsanəsini itirdik”

133563

"Aftandil müəllim birinci dəfə xəstəxanadan çıxıb evə gedəndə bir yerdə idik. Tez-tez evlərinə gedib, sənətkarı ziyarət edirdim. Onunla çox zarafatlaşıb, söhbətlər edirdik. Hər zaman söyləyirdi ki, hər şey yaxşı olacaq, mən sağalacağam".

Bu sözləri qarmon ifaçısı Orxan Mirzəyev Xalq artisti Aftandil İsrafilovla Heydər Əliyev məscidində keçirilən vida mərasimində iştirakı zamanı Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Xalq artisti ilə çox yaxın dost olduğunu dilə gətirən qarmon ifaçısı bildirib ki, ustad ilk dəfə xəstəxanaya yerləşdiriləndə ziyarəti zamanı onunla birlikdə qutab yeyiblər:

"İlk dəfə Aftandil müəllim xəstəxanaya yerləşdiriləndə onu ziyarətə getdim. Hətta orada bir yerdə "Corat qutabı" da yedik. Onunla uzun-uzun söhbətimiz oldu. Ona dedim ki, siz sağalacaqsız və yenidən səhnələrdə olacaqsız. Novruz bayramından bir neçə gün sonra Aftandil müəllimin qəfil səhhəti pisləşdi. O təcili olaraq hospitala yerləşdirildi. Reanimasiyada aparata qoşuldu. Ondan sonra çox təəssüflər olsun ki, Aftandil müəllimi görə bilmədim".

Ustad sənətkarın itkisi ilə barışa bilməyən O.Mirzəyev Xalq artisti ilə xatirələrini bölüşərkən göz yaşlarına boğulub:

"Aftandil müəllim bu sənətdə və həyatda dəstəyindən başqa mənə böyük kimi arxa-dayaq olub. O məndən yaşca böyük olsa da, onunla çox yaxın dost idik. Hər bir uğurumu ilk olaraq onunla bölüşürdüm. Bizim kədərimiz də, xoş günümüz də bir yerdə olub (ağlayır). Nəhəng sənətkar idi. O, Azərbaycan mədəniyyətinə və musiqisinə tarix yazdı. Həmişə deyirdim ki, Aftandil müəllim deyəndə qarmon, qarmon deyəndə isə Aftandil müəllim yada düşür. Allah rəhmət eləsin! Daha bir musiqi aləminin əfsanəsini itirdik".

Qeyd edək ki, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkən Aftandil İsrafilov ötən gün 82 yaşında dünyasını dəyişib. Qarmon ustadı bir neçə saatdan sonra İkinci Fəxir Xiyabanda dəfn olunacaq.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin