Aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sumqayıt şəhər prokurorluğu yayıb.
İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:57 / 30.04.2023
Sumqayıt məktəbində 7 yaşlı uşağı öldürməkdə şübhəli olan şəxs TUTULDU
Hazırda oxunan: Sumqayıt məktəbində 7 yaşlı uşağı öldürməkdə şübhəli olan şəxs TUTULDU
Hazırda oxunan: Sumqayıt məktəbində 7 yaşlı uşağı öldürməkdə şübhəli olan şəxs TUTULDU
133555
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.