Qaxın Qaşqaçay kəndində körpü SALINIR - FOTO

Hazırda oxunan: Qaxın Qaşqaçay kəndində körpü SALINIR - FOTO

133405

Qaxın ən ucqar dağ kəndinə gedən yolun üzərində körpü salınır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu yaşayış məntəqəsi rayon mərkəzindən 35 km məsafədə yerləşir və böyük turizm potensialına malikdir. 

Həmçinin Qaşqaçay- Armudlu kəndləri bir inzibati ərazi vahidində birləşir.  

Bildirilib ki, yaz və payız aylarında daşqınlar zamanı sel əmələ gəlir və günlərlə hərəkət mümkün olmurdu. Həmçinin Armudlu kəndinə getmək üçün eyni adlı Qaşqaçay çayından keçmək lazım gəlirdi.

Hazırda bu çayın üzərində 36 metr uzunluğunda ikiaşırımlı körpü inşa olunur. Yaxın zamanlarda sakinlərin yol problemi beləcə həllini tapacaq. Yeni körpünün inşasına əlbəttə ki, ən çox kənd sakinləri sevinir. Kənd sakini Hüseyn Omarov Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, körpünün salınması kəndin həyatını tamamilə dəyişəcək. Belə ki, burada turizmin inkişafı üçün böyük imkanlar var.

Hətta indidən ərazidə canlanma hiss olunmaqdadır. Belə ki, turizm sektoru ilə məşğul olan sahibkarlar ilkin araşdırmalar aparıb, relyefi, məkanları öyrəniblər.   

Kənd icra nümayəndəliyindən isə bildirilib ki, dövlət vəsaiti hesabına inşa olunan körpünün ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin