“Şəhid xanımları mərhumun qohumlarına ərə getsin” - İlahiyyatçıdan SENSASİON AÇIQLAMA 

Hazırda oxunan: “Şəhid xanımları mərhumun qohumlarına ərə getsin” - İlahiyyatçıdan SENSASİON AÇIQLAMA 

133301

Şəhid Elçin Mustafayevin nişanlısının onun qardaşı ilə ailə qurduğu haqda görüntülərin yayılması ictimaiyyətdə rezonans doğurub. Ciddi müzakirələrə yol açan hadisədə şəhid qardaşı tənqid hədəfinə tuş gəlib və qardaşının nişanlısına göz fikməsi əmanətə xəyanət kimi dəyərləndirilib. 

Sözügedən məsələ İslam dinində günah sayılmır. Hətta keçmişdə qardaş dünyasını dəyişəndə gəlinin başqa ailəyə getməməsi və övladlarının həmin ocaqda qalması üçün onu mərhumun qardaşı ilə evləndirərdilər. 

Amma şəriətdə qəbul olunsa belə həmin ənənənin bu gün də davam etdirilməsi birmənalı qarşılanmır. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfanın sözlərinə görə şəxs dünyasını dəyişəndə gəlinin mərhumun qardaşı ilə evləndirilməsinin dini baxımdan heç bir qəbahəti yoxdur:

“Amma din bizə vacib də buyurmur ki, bu, mütləq baş verməlidir. Sadəcə buna icazə verir. Kimsə mənfi yanaşırsa, pis əməl kimi baxırsa, bunu etməyə də bilər. Yəni, yaşadığınız məmləkətin adət-ənənələrinə müxalifdirsə, hiddət və ya gülüc doğurarsa, o şeyi tərk etmək lazımdır. Bu məsələyə məhrəm, naməhrəm prizmasından yanaşılır.

İslamda ilk növbədə bütün məsələlər Şəriət qanunlarına, Quran ayələrinə və Peyğəmbər hədislərinə əsaslanır və dində örf, yəni adət-ənənə deyilən məsələ var. 

Vəfat etmiş qardaşın həyat yoldaşını alması məsələsi İslam tarixində də, Peyğəmbərin dövründə də baş verib. İmam Əlinin və digər imamların elə özləri də bu cür evlənmə məsələlərini həyata keçiriblər. Müxtəlif insanlar olub ki, döyüşə gedərkən öz qardaşına “əgər mən şəhid olsam, həyat yoldaşımı sən al” deyiblər. Yəni qardaş  yetim qalan övladlarının elə məhz qardaşına əmanət etməsini istəyir. Bu baxımdan son hadisəni normal qəbul etmək lazımdır.

Yəqin el-oba yığılıb belə bir qərar verib ki, şəhidin nişanlısı başqa ocağa düşməsin, təskinlik üçün həmin ocaqda qalsın. Bu, əslində yaxşı bir işdir və dində, şəriətdə bəyənilən məsələdir. Əksinə şəhidlərimizin də həyat yoldaşlarının ailə qurması ənənəsi formalaşmalıdır. Təbii ki, şəhid həyat yoldaşının xatirəsini yaşatsın”. 

İlahiyyatçı dul qalan qadınlarla bağlı formalaşan absurd fikirləri də tənqid edib:

“Sanki dul və başsız qalan qadınlar ömrünün sonuna qədər qara geyinib, yasa bürünməlidirlər. Bu, bədbinlik gətirən və dinimizə yad məsələdir. Onlar da öz həyatlarını davam etməlidir. Sosial həyatın bur cür axsaması dövlətimizin inkişafına da xələl gətirir. Şəhid olmuş şəxslərin həyat yoldaşları şəhidin yaxın qohum-əqrəbaları ilə evlənə, ailə və övlad sahibi ola bilərlər. Bu, tövsiyə olunan məsələsdir. Düzdür, mental və qınaqlar olur. Amma müəyyən nöqsanlı formalaşmış ənənələrimiz və qara fikirlər ortadan qaldırılmalıdır”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin