Özlərini Ukrayna prezidenti Volodimir Zelenski kimi təqdim edən iki rus FED sədri Cerom Paueli aldadıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ mərkəzi bank (Fed) sədri Cerom Pauelin sözçüsü yanvar ayında baş verən telefon danışığını və Pauellin aldadıldığını təsdiqləyib.
Bildirilib ki, FED sədri Pauel telefon danışığında ABŞ iqtisadiyyatında tənəzzül ehtimalının olduğunu etiraf edib. Həmçinin faiz dərəcəsinin daha 2 ay ərzində dörddə bir bənd artırılacağını qeyd edib.
FED sözçüsü görüşün Ukrayna xalqına dəstək kontekstində keçirildiyini və heç bir həssas və ya məxfi məlumatın müzakirə olunmadığını bildirib.
Bizim.Media