“Qaqınlar heç vaxt pula görə kimisə sevmirlər” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Hazırda oxunan: “Qaqınlar heç vaxt pula görə kimisə sevmirlər” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

133283

“Kişilərlər gözləri, qadınlar isə qulaqları ilə sevirlər.Yəni qadınlar ona daha çox xoş söz deyən, qayğısına qalan kişilərlə daha çox vaxt vaxt keçirtmək istəyirlər. Qadınlar həmçinin, ona hər zaman dəstək olan kişilərə daha çox önəm verirlər”.

Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib. O bildirib ki, pula görə qadınlar heç zaman kimisə sevmirlər:

“Amma pullu kişilərlə münasibətdə olmaq istəyən qadınlar da az deyil. Bu sevgi deyil, əyləncədir. Bir növ qarşılıqlı razılaşma əsasında sürülən həyatdır. Belə münasibətlər uzun sürmür. Ümumiyyətlə, qadınlar kişilərə qarşı münasibətdə çox həssas olurlar. Bu bəlkə də onların əsas həyat prinsipləridir. Kişilərsə qadınlara münasibətdə o qədər həssas deyillər. Kişilər qadına ya uşaqların anası, gah yeməkbişirən və yaxud yaxşı partnyor kimi baxırlar. 

Qadına həyat dostu kimi baxan kişilərimiz çox təəssüf ki, azdır. Təsadüfi deyil ki, bununla bağlı el misalı da var: “odnan pambığın nə dostluğu”. Lakin bu belə deyil. Qadınlarımızın bu gün ən çox əziyyət çəkdikləri məsələ qarşı tərəfin onu dinləməsidir. Onun fikirlərinə önəm verilməməsidir.Qadınlar rastlaşdıqları istənilən ixtiyari kişidən umduqları şey onun fikirlərini sona qədər qulaq asmasıdır. Ona qulaq asan və fikirlərinə dəstək verən kişilərdən qadınlar heç zaman vaz keçmir. Ona görə deyirlər ki, qadınlar qulaqları ilə sevirlər”.

Psixoloq eyni zamanda qadınların uzaq qaçdıqları kişilərin də təsnifatını verib:

1. Qadınlar qaraqabaq kişiləri xoşlamırlar. Deyib-gülən, şən ovqat yarada bilən kişilər qadınlar üçün çox maraqlıdır. 

2. Qadınlar onlara güvənməyən kişilərdən qaçırlar. Tez-tez “hardasan?”,”kimlən idin?” sulları verən kişiləri qadınlar xoşlamır. Bu qısqanclıq deyil. Bu qadına inamsızlıq, güvənsizlik və qadın üzərində hökmranlıq elementləridir. 

3. Hansısa səhvini tez-tez ona xatırladan kişilərdən qadınlar xoşlanmır.

4. Özünün maddi və mənəvi üstünlüyünü gözə soxmağa çalışan kişilər qadınlar üçün arzuolunmazdır.

5. Onun fikrinə önəm verməyən, onun karyera qurmasına əngəl olan kişiləri də qadınlar sevmir.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin