Xəbər verdiyimiz kimi, ötən gün Xorvatiyanın qalmaqallı gözəli İvana Knoll "Formula 1" Azərbaycan Qran Prisində iştirak etmək üçün Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, podium ulduzu paytaxtımızın incisi “İçərişəhəri” gəzib.
İvana həmçinin, “Qız qalası”na qalxaraq oradan şəhərə açılan möhtəşəm mənzərəni lentə alıb.
Bundan başqa Knoll mətbəximizin ləzzətli təamlarından biri olan qutabın dadına baxıb. Model ilk dəfədir qutabın dadına baxdığını bildirib. Bütün bunları isə İ.Knoll 3,4 milyonluq “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media