ABŞ SEPAH-a sanksiya tətbiq edib

Hazırda oxunan: ABŞ SEPAH-a sanksiya tətbiq edib

133212

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı və Rusiya Federal Təhlükəsizlik Xidmətini (FSB) sanksiyalar siyahısına salıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib. 

Bildirilib ki, ABŞ Maliyyə Nazirliyi İranda ABŞ vətəndaşlarının qanunsuz həbsinə görə məsuliyyət daşıyan SEPAH Kəşfiyyat Təşkilatının dörd yüksək vəzifəli rəsmisinə sanksiya tətbiq edib. 

Sanksiya tətbiq olunan rəsmilər arasında Ruhullah Bəzqandi (əks-kəşfiyyat rəsmisi), Məhəmməd Kazemi (SEPAH komandiri, İranda vətəndaş cəmiyyətini sıxışdıran və ikili vətəndaşlar da daxil olmaqla iranlı müxalifləri həbs edən əməliyyatlara nəzarət edir.

O, həmçinin Məhsa Əmininin öldürülməsindən sonra ölkə daxilindəki etirazlara qarşı qəddarlıqla nəzarət edib), Məhəmməd Mehdi Səyyari ( SEPAH-da həmsədr müavin) və Məhəmməd Həsən Mohağeği (İnqilab Keşikçiləri Korpusunun baş briqada generalının müavinidir, Suriyada əks-casusluq əməliyyatları üzrə əlaqələndirici vəzifəsində çalışıb) var. 
Qeyd olunub ki, bugünkü sanskiya ABŞ vətəndaşlarının xaricdə girov götürülməsinə və ya qanunsuz həbsunə cavabdeh olan İranla yanaşı Rusiyadakı yüksək vəzifəli məmurları və təhlükəsizlik xidmətlərini də hədəf alır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin