Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinə su çəkildi - VİDEO

Hazırda oxunan: Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinə su çəkildi - VİDEO

133143

Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi içməli su ilə təmin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yayıb.

Mənbə yazır ki, Agentliyin əməkdaşları Həkəri çayının yatağında kaptaj qurğusu yaradıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkib və hidrofor nasosu quraşdırıb. 
Hazırda sərhəd buraxılış məntəqəsi fasiləsiz içməli su ilə təmin edilir.
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin