Bu gün Sumqayıt şəhərində dəhşətli intihar hadisəsi baş verib. 
Bizim.Media xəbər verir ki, yeniyetmə qız özünü şəhər ərazisində yerləşən çoxmərtəbəli binanın 14-cü mərtəbəsindən atıb.
O, aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Baş verən hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. 
Hazırda intiharın səbəbi və baş vermə şəraiti araşdırılır. 
Bizim.Media





























































































