Rühəngiz: “TikTok”da kiməsə deyə bilmərəm ki, mənə hədiyyə göndər” - VİDEO

Hazırda oxunan: Rühəngiz: “TikTok”da kiməsə deyə bilmərəm ki, mənə hədiyyə göndər” - VİDEO

133106

“TikTok” sosial şəbəkə platformasında səhifəm var. Amma orada canlı yayım açmıram. Kimlərsə orada pul qazanır, kimlərsə məşhur olmaq istəyir. Buna görə heç kəsi qınamıram. Mən tanımadığım insana deyə bilmərəm ki, mənə hədiyyə göndər. Utanaram. Həyatımda ailəmin cibindən heç 10 qəpik pul götürməmişəm. Mən belə şeyləri edə bilmərəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva qonaq olduğu “Həyat tərzi” verilişində deyib.

Sənətçi bildirib ki, sosial şəbəkələrdə insanlar bir-birini təhqir etdiyindən, o,  “TikTok”da canlı yayım açmır: 

“Sosial şəbəkələrdə insanlar düşünmədən danışıb, fikirlər səsləndirir, şərh yazırlar. Belə etmək olmaz. Hamı bizə baxır. Xoşuna gəlmir çevir, baxma. Gözələm, kifirəm, saçım, üzüm pisdir, bax sənə nə? Qoy oğlum, həyat yoldaşım mənə iradını bildirsin. Sən axı kimsən, mənə fikir bildirirsən.

Əgər sənətkaramsa, mənim sənətimdən danış. Elə ali şəxslər var ki, onlar haqqında da pis şərhlər yazırlar. Buna çox təəccüblənirəm. Biz axı nə dərəcədə mədəniyyət və tərbiyədən geri gedirik? Demokratiya o demək deyil ki, sən kimə istəyirsən deyə bilərsən. Müsbət fikirlər yazın, söyləyin. İnsanları axı niyə sevmirsiniz, paxıllıq edirsiniz?
Çox insanların xətrinə deyirlər. Ürək sındırırlar. Bunlardan sonra necə “TikTok”da canlı yayım açım? Heç kim məni oradan küsdürməyib, sadəcə canlı yayım açmaq istəmirəm. İki dəfə “Instagram”da canlı yayım açdım.

Orada çox insanlar mənə müsbət fikirlər yazdılar. Amma onlardan biri yazdı ki, “Bu, nə ana və qadındır?” kimi təhqir yazdı. Mən də cavab olaraq onun səhifəsinə daxil olub, mesaj vasitəsi ilə qadının kim olduğunu ona izah etdim. Bundan sonra məndən üzr istədi”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin