Muğanlı-İsmayıllı-Qəbələ yolunda görülən işlər açıqlandı - FOTO

Hazırda oxunan: Muğanlı-İsmayıllı-Qəbələ yolunda görülən işlər açıqlandı - FOTO

133081

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir.

Bizim.Media xəbər verir ki, II texniki dərəcəyə uyğun qurulan yol layihəsinin icrası ilə, Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir. Tuneldə qazma işləri davam edir. Tuneldə yerinə yetirilən işlər ümumilikdə 22% təşkil edir.

Layihənin 55.5-76.6 km-lik Qəbələ hissəsində hazırda istinad divarları və körpülərin inşası işləri davam etdirilir.

Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1 asma körpü, 15 körpü layihələndirilib. Belə ki, Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir.
Ağsuçay, Gülyançay və Dəmiraparançay çayları üzrəində yerləşən 3 körpü isə trassanın dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun yenidən layihələndirilib. Artıq Gülyançay və Qurudərə çayları üzərində körpülərin tikintisi yekunlaşıb. Digər körpülərin inşası üzrə işlər müxtəlif mərhələlərdə olmaqla aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin