Bu gün Ermənistanla Türkiyə müxalifəti arasında qarşıdurma olduğu təəssüratı yaranır. Tarixdə ilk dəfə olaraq rəsmi Ankara hazırkı Baş nazirin tərəfində durur və Ermənistandakı daxili siyasi vəziyyətə müdaxilə edir.
Bizim.Media xəbər verir ki, bunu politoloq Stepan Danielyan news.am saytına verdiyi müsahibəsində bildirib.
“Siyasi sahədə qalmaq ehtimalı sıfıra bərabər olan bu adam (Paşinyanı nəzərdə tutur) istefa etmir. Bunu vətənə xəyanət kimi qiymətləndirirəm”.
Danielyan vəziyyəti həll etmək üçün bir neçə variant açıqlayıb:
“Ən yaxşı seçim Nikol Paşinyanın istefasıdır. Növbəti seçim: 20-30 deputat “Mənim addımım” fraksiyasından çıxır və onlar üstünlüyü itirirlər, hökumətdə böhran yaranır.
Seçimlərdən biri də bunlardır:
"Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" mandatlarından imtina edir, parlamentdə Konstitusiyaya görə həll edilə bilməyən bir böhran ortaya çıxır. Bu böhranlar baş verərsə, ölkə prezidentinin sözü vacib hesab edilir və həll yollarını təklif edir”.
Polisin və Milli Təhlükəsizlik Xidmətinin Paşinyanın istefasını tələb edən kütləyə və Baş Qərargahın bəyanatına qoşulub-qoşulmayacağına dair sualına o, belə cavab verib:
“Hazırda bunun artıq heç bir əhəmiyyəti yoxdur, çünki bu strukturlarda zabitlərin çoxu hakimiyyətin siyasətini dəstəkləmir. Baş Qərargahın açıqlamasında isə xalqa qarşı güc tətbiq etməyəcəklərinə dair açıq bir mesaj var”.
Danielyana görə, son 3 il ərzində “Xalq hər şeyə qərar verir” fikrinin xatırlanması yeni deyil:
“Tarix göstərir ki, ən böyük cinayətlər xalqın adından törədilir”.
Bizim.Media
- A-
- A
- A+
Region
23:54 / 27.02.2021
“Ən böyük cinayətlər həmişə xalqın adından törədilib” – Erməni politoloq
Hazırda oxunan: “Ən böyük cinayətlər həmişə xalqın adından törədilib” – Erməni politoloq
Hazırda oxunan: “Ən böyük cinayətlər həmişə xalqın adından törədilib” – Erməni politoloq
13307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.