Azərbaycanlı taksi sürücüsünün türk jurnalistlərlə maraqlı dialoqu hər iki ölkədə gündəmə çevirilib.
Bizim.Media xəbər verir ki, türk jurnalistlərin Azərbaycanda səfərdə tanış olduqları taksi sürücüsü Səyyad dayının Ərdoğanla bağlı dediyi sözlər böyük bəyənmə toplayıb.
"Ərdoğanın qədrini bilmirsən" deyən Səyyad dayı "Ərdoğan üçün qurban olum. O, böyük şəxsiyyətdir. O, ikinci Atatürkdür. Bütün dünya Ərdoğanın seçilməməsini istəyir", - deyə qeyd edib.
Həmçinin jurnalistlərlə söhbətində qızının cehizini Türkiyədə zəlzələ qurbanlarına bağışladığını bildirən Səyyad əmi Ərdoğanın seçkilərə baxışı ilə bağlı önəmli mesajlar verib.
Bizim.Media