"Ötən gecə Qubada bıçaqlanan 19 yaşlı tələbə Rəvan Nəsirov gecə əməliyyat olunub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 2-ci kurs tələbəsi Rəvan Nəsirov gecə saatlarında Quba rayon Mərkəzi Xəstəxanasına sağ bazunun yuxarı 1/3-nin və sağ baldırın aşağı 1/3-nin iri həcmli yarası diaqnozu ilə çatdırılıb".
Quba rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, tələbənin yaraları tikilib tam tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.
Hazırda onun vəziyyəti stabildir.
Qeyd edək ki, Rəvan Nəsirovun Quba şəhərinin "28 May" parkında oxuduğu Quba filialının 1-ci kurs tələbəsi tərəfindən bıçaq xəsarəti aldığı bildirilib. Onların davasının qız üstündə olduğu deyilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu