İranda qeyri-adi yol qəzası baş verib. Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən mollanı vurub. Özünü qorumaq üçün molla maşından bərk-bərk yapışaraq buraxmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında görüntülər paylaşılıb.
Kadrlarda yolu keçmək istəyən mollanı maşının sürüdüyü əks olunub.
Molla avtomobilin "kapot"unun üstünə yıxılıb, sürücü isə nəqliyyat vasitəsini heç nə olmamış kimi idarə edib.
Bizim.Media