Ronaldo və Corcina ayrılırlar?

Hazırda oxunan: Ronaldo və Corcina ayrılırlar?

132990

Səudiyyə Ərəbistanında çətin günlər keçirən Kriştiano Ronaldo meydanda və meydandan kənarda problemlər yaşayır. 

Bizim.Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.  

38 yaşlı futbolçu ilə sevgilisi Corcina Rodriqez arasındakı münasibətlər pisləşib. 8 ildir birlikdə olan cütlük ayrılmaq üzrədir.  
Əgər ayrılıq reallaşarsa, "Əl-Nəsr"in oyunçusu Corcinaya 350 milyon avro ödəyə bilər. Bu məbləğ forvardın sərvətinin 35 faizi deməkdir.  

Daha əvvəl də Ronaldo öz açıqlamasında Corcinanın çox pul xərcləməyinə, tez-tez alış-veriş etməyinə əsəbiləşdiyini bildirmişdi. 

Qeyd edək ki, Ronaldonun 5 övladından 2-sinin anası Corcinadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin