Azərbaycanın daha 2 güləşçisi finala çıxdı – KİYEVDƏ

Hazırda oxunan: Azərbaycanın daha 2 güləşçisi finala çıxdı – KİYEVDƏ

13298

Azərbaycanın daha 2 sərbəst güləşçisi Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda finala çıxıb.

Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, 61 kq-da mübarizə aparan Əhmədnəbi Qvarzatilov və 70 kq-dakı Cəbrayıl Hacıyev qızıl medal görüşlərinə çıxacaq.

1/8 finalda Macarıstan təmsilçisi Rişard Vilhelmə qalib gələn Qvarzatilov növbəti raundda ukraynalı Kamil Kərimovdan güclü olub.

Final yolunda İkramcan Hacımuradovu (Qırğızıstan) üstələyən güləşçi həlledici görüşdə digər Ukrayna idmançısı Andrey Celeplə qarşılaşacaq.

Hacıyev də mübarizəyə 1/8 finaldan başlayıb. Ardıcıllıqla Georgi Robu (Moldova), İvan Kusyak (Ukrayna) və İslambek Orozbekovu (Qırğızıstan) mübarizədən kənarlaşdıran idmançının finaldakı rəqibi özbəkistanlı İlyas Bekbulatov olacaq.

Sərbəst güləş

61 kq

1/8 final: Əhmədnəbi Qvarzatilov – Rişard Vilhelm (Macarıstan) 13:2

1/4 final: Əhmədnəbi Qvarzatilov - Kamil Kərimov (Ukrayna) 11:0

1/2 final: Əhmədnəbi Qvarzatilov - İkramcan Hacımuradov (Qırğızıstan) 7:4

FİNAL: Əhmədnəbi Qvarzatilov - Andrey Celep (Ukrayna)

70 kq

1/8 final: Cəbrayıl Hacıyev – Georgi Robu (Moldova) 6:2

1/4 final: Cəbrayıl Hacıyev - İvan Kusyak (Ukrayna) 4:3

1/2 final: Cəbrayıl Hacıyev - İslambek Orozbekov (Qırğızıstan) 5:3

FİNAL: Cəbrayıl Hacıyev - İlyas Bekbulatov (Özbəkistan)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin