UEFA klublarda maaş limiti tətbiq etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun prezidenti Aleksander Çeferin danışıb.
O, BBC-yə açıqlamasında deyib: "Təccüblüdür ki, hamı buna razıdır. Böyük, kiçik və milyarderlərə məxsus klublar - hamı razıdır. Gələcəkdə maaş limitini ciddi şəkildə düşünməliyik. Büdcələr qalxsa, rəqabət balansımızda problem yaşanacaq. 5 klub həmişə qalib gəlirsə, artıq bunun mənası yoxdur.
Bu, kollektiv razılaşma olmalıdır. Biri etsə, digər liqalar etməsə, mənasız olacaq. Ümid edirəm ki, bunu tez zamanda həyata keçirəcəyik.
Hələlik belə qayda var, 2024-cü ildən sonra gəlirinizin 70 faizə qədərini maaşlara və transferlərə xərcləyə bilərsiniz. Amma gəliriniz 5 milyarddırsa, 70 faiz də kifayət qədər çoxdur".
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:28 / 26.04.2023
UEFA klublara maaş limiti TƏTBİQ EDƏCƏK
Hazırda oxunan: UEFA klublara maaş limiti TƏTBİQ EDƏCƏK
Hazırda oxunan: UEFA klublara maaş limiti TƏTBİQ EDƏCƏK
132979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.