Arizona Dövlət Universitetinin inteqrativ tibb üzrə mütəxəssisi Endru Veyl veb saytındakı bir materialda tez yuxuya getməyin üsullarından bəhs edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı mk.ru saytı yayıb.
Veylin fikrincə, gecələr oyanırsınızsa və ya yuxusuzluqdan əziyyət çəkirsinizsə, "4-7-8" nəfəs alma metodu sizə kömək edə bilər:
“Bu, belə həyata keçirilir. Əvvəlcə 4 saniyə ərzində yavaş-yavaş burnunuzdan nəfəs almalı, sonra nəfəsinizi 7 saniyə saxlamalı və 8 saniyə rəvan nəfəs almalısınız”.
"Bu ardıcıllığı yatana qədər təkrarlamalısınız" deyə o, qeyd edib.
Veyl hesab edir ki, bu texnika streslə mübarizə aparmağa da kömək edir.
Bundan əlavə, mütəxəssis yatmazdan əvvəl kofe içməməyi, yemək yeməməyi, bütün qadjetləri söndürməyi və zəhlətökən səslərdən qurtulmağı məsləhət görüb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:11 / 27.02.2021
Həkim 1 dəqiqədə necə yuxuya getməyin reseptini verdi
Hazırda oxunan: Həkim 1 dəqiqədə necə yuxuya getməyin reseptini verdi
Hazırda oxunan: Həkim 1 dəqiqədə necə yuxuya getməyin reseptini verdi
13296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.