Son zamanlar müxtəlif sosial şəbəkələrdə Mərkəzi Bankın adından istifadə edərək dələduzluq məqsədilə yaradılmış və yüksək gəlirliyi vəd edən xüsusi investisiya portallarının mövcudluğu ilə bağlı paylaşımlar yer almaqdadır.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Məlumatda bildirilib ki, “Milli resurslarla ticarət edərək yüksək gəlirlərin əldə olunması” adı altında edilən bu paylaşımlar həqiqəti əks etdirmir və başlıca məqsədi dələduzlar tərəfindən vətəndaşların maliyyə vəsaitlərinin mənimsənilməsidir:
"Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır.
Mərkəzi Bank tərəfindən ölkənin maliyyə sistemində sabitliyin təmin edilməsi, xüsusilə də maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:25 / 26.04.2023
Mərkəzi Bankdan əhaliyə XƏBƏRDARLIQ
Hazırda oxunan: Mərkəzi Bankdan əhaliyə XƏBƏRDARLIQ
Hazırda oxunan: Mərkəzi Bankdan əhaliyə XƏBƏRDARLIQ
132940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.