Məlum olduğu kimi, Milli Məclisin deputatı Vahid Əhmədovun verdiyi müsahibə müzakirələr yaradıb. Ötən gün parlamentdə bir sıra deputatlar millət vəkilini tənqid edib. Spiker Sahibə Qafarova isə məsələnin Milli Məclisin İntizam Komissiyasında müzakirə olunması ilə bağlı tapşırıq verib.
Bizim.Media xəbər verir ki, "manset.az" məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı ilə əlaqə saxlayıb.
O, açıqlamasında Vahid Əhmədovla bağlı məsələnin gələn həftə komissiyada baxıla biləcəyini bildirib.
"Baxacağıq yəqin ki...gələn həftə baxacağıq."
Daha sonra Fəzail Ağamalı Vahid Əhmədovun hansı qanunu pozması ilə bağlı suala belə cavab verib.
"Bu deyildi, Milli Məclisdə təklif də edildi. Fikir versəniz, orada digər həmkarlarım da çıxışlar etdilər. İntizam Komissiyası öz iclasını böyük ehtimal gələn həftə keçirəcək."
Bizim.Media