Azərbaycanda yaşayan 11 mindən çox Türkiyə vətəndaşı seçkilərdə səs verə biləcək

Hazırda oxunan: Azərbaycanda yaşayan 11 mindən çox Türkiyə vətəndaşı seçkilərdə səs verə biləcək

132828

Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri zamanı Azərbaycanda yaşayan 11 mindən çox Türkiyə vətəndaşı səs verə biləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası (Yüksek Seçim Kurulu) məlumat yayıb. 

Qeyd olunub ki, Azərbaycanda 3 seçki məntəqəsində Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik 11 036 insan Türkiyədə keçiriləcək prezident seçkilərində səs verə biləcəklər. 
Xatırladaq ki, bir müddət əvvəl YSK 75 ölkədə 156 nümayəndəlikdə vətəndaşların səs verə biləcəyi və builki seçkilərdə 15 yeni ölkədə seçki qutularının qurulması qərarını qəbul edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin