Lavrovun çıxışından qəzəblənən İsrailin nümayəndə heyəti BMT TŞ-nin iclasını TƏRK ETDİ - VİDEO 

Hazırda oxunan: Lavrovun çıxışından qəzəblənən İsrailin nümayəndə heyəti BMT TŞ-nin iclasını TƏRK ETDİ - VİDEO 

132768

İsrailin nümayəndə heyəti Lavrovun çıxışına etiraz əlaməti olaraq BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib. 

Bizim.Media xəbər verir ki, iclasda iştirak edən İsrail nümayəndəsi Gilad Erdanın sözlərinə görə, bu qərar ölkənin təcrid olunması və təşkilatın ona qarşı qərəzli münasibəti ilə bağlı olub:

“Bu, İsrailin özünü necə təcrid etdiyinin, eləcə də bu təşkilatın (BMT-nin) ölkəmizə qarşı həddindən artıq qərəzli mövqeyinin növbəti nümayişi idi”. 

O vurğulayıb ki, İsrail "bu debatda" iştirak etməyəcək, çünki təşkilat İsrailin həlak olan əsgərlərini və terror qurbanlarını ləkələməklə məşğuldur.  

Erdanın sözlərinə görə, iclas zamanı ölkəsi barədə müzakirələr bütün sərhədləri aşıb:

“İsraillilər yasda olduqları halda, onlar (Rusiya) İsraili bütün regionun problemlərinin kökü kimi göstərən açıq-saçıq yalanlar səsləndirirlər”. 

Çıxışından sonra diplomat ötən il dünyasını dəyişənlərin adlarını səsləndirərək, xatirə şamı yandırıb və zalı tərk edib. 
Qeyd edək ki, BMT-nin iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Şərqi Qüdsdə, İordan çayının qərb sahilində, Qəzza zolağında və İsrail, Livan və Suriyanı ayırma xəttində baş verən hadisələr “bölgədə gərginliyi bir qədər artırıb. Regionda vəziyyət son dərəcə təhlükəli səviyyədədir”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin