Qubanın Rustov kənd sakinlərindən “Azəriqaz" və "Azərişıq"dan ŞİKAYƏT - FOTO

Hazırda oxunan: Qubanın Rustov kənd sakinlərindən “Azəriqaz" və "Azərişıq"dan ŞİKAYƏT - FOTO

132741

Qubanın Rustov İnzibati Ərazi Dairəsinə daxil olan 10 kəndin bir neçəsinə təbii qaz xətti çəkilsə də proses tam başa çatmayıb.Kəndlərin bir neçəsinə  qaz xətti çəkilməyib və iş yarımçıq qalıb. 

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, bu şikayəti Qubanın ucqar Rustov İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərin sakinləri Rustov kəndinə səyyar qəbula gələn Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə müraciətlərində səsləndiriblər. 

İcra başçısı Ziyəddin Əliyevin problemin qısa vaxt ərzində həll edilməsi üçün yerindəcə “Azəriqaz”ın Quba rayon sahəsinin rəhbər işçisinə öz tapşırığını verib. 
Rustov kənd sakinləri  yaşayış məntəqələrində elektrik xəttlərinin və sisteminin  yenilənməsi barədə də rayon rəhbərinə müraciət ediblər. 

Ziyəddin Əliyev bu məsələnin də öz müsbət həllini tapması üçün "Azərişıq” ASC-nin Quba rayon şöbəsinin rəisinə göstərişlərini verib. 

Rustov kəndində keçirilən səyyar qəbulda DTX-nin rayon şöbəsinin rəisi, Quba İcra Hakimiyyətinin yanında fəaliyyət göstərən İctimai Şuranın sədri, ayrı-ayrı xidmət - aidiyyəti təşkilat və idarələrin rəhbərləri iştirak edib. 














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin