4 günlük iş həftəsinə keçidin müsbət və mənfi TƏRƏFLƏRİ – ARAŞDIRMA 

Hazırda oxunan: 4 günlük iş həftəsinə keçidin müsbət və mənfi TƏRƏFLƏRİ – ARAŞDIRMA 

132695

4 günlük iş həftəsinə keçid günümüzün əsas müzakirə mövzularındandır. Avropanın bir sıra ölkələri artıq 4 günlük iş həftəsinə keçidi elan edib. Amma buna nə qədər və hansı sahələrdə nail olacaqları barədə hələlik fikir söyləmək çətindir. 

Əlbəttə ki, 4 günlük iş həftəsi insanların fiziki və mənəvi sağlamlığına xidmət edə biləcək bir layihədir. Amma bu layihənin bərpasında ədalət nə qədər gözləniləcək? Bu artıq başqa məsələdir.

4 gün işləyənlər nə qədər əmək haqqı alacaq?

4 günlük iş həftəsinə keçidin insan əməyinin azaldılmasına xidmət edəcəyi deyilsə də mahiyyətdə bu sırf kommersiya məqsədi daşıyır. Belə çıxır ki, Belçikada və yaxud Qazaxıstanda insanlar həftənin 4 gününü işləyəcək, 3 gün isə istirahət edəcək. Və ən azı əvvəlki qədər əmək haqqı alacaqlar.
Bu heç də inandırıcı görünmür. Üstəlik, əgər 3 gündə sənaye, istehsal sahələri və bəzi vacib xidmət sektorları işləmiyəcəksə, onda ölkənin ümumi iş ahəngi pozulmayacaqmı? Yaxud həftənin 3 günü insanlar hansısa xidmətdən məhrum olmayacaqlarmı? 

7 günlük iş həftəsini tələb edənlər daha çoxdur

Bu gün hamı deyir ki, banklar 7 günlük iş həftəsinə keçsin. Çünki, bankların həftənin 1-2 gün işləməməsi həm ölkə iqtisadiyyatına, həm də əhalinin sosial vəziyyətinə ciddi təsir edir. Səhiyyə sektorunda da bu cür çağırışlar var. Əhali istəyir ki, 7/24 saat keyfiyyətli səhiyyə xidməti alsınlar.

Bəs, 4 günlük iş həftəsinə keçərkən insanlar 3 gün davamlı səhiyyə xidmətindən məhrum olmayacaqlarmı?

Əmək haqqı büdcəsinin şişirdilməsinə gediləcəkmi?

4 günlük iş həftəsinə keçidin o qədər də uğurlu olmayacağını düşünənlər daha çoxdur. Ən yaxşı halda həftədə növbəli iş günləri tətbiq ediləcək. Bu da əmək haqqı büdcəsinin şişməsinə səbəb olacaq. Buna isə nə şirkətlər, nə də dövlət təşkilatları getməyəcək. 
Ona görə də 4 günlük iş həftəsinə keçid deyildiyi qədər asan məsələ deyil. Bu layihəni yüksək səviyyədə inkişaf etmiş ölkələr və güclü iqtisadiyyata malik dövlətlər reallaşdıra bilər. Niderland və Belçika kimi ölkələr bu keyfiyyətlərə bir qədər yaxın olsalar da, Qazaxıstan kimi dövlətin bu ideyanı reallaşdıracağı heç də inandırıcı görünmür.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Liberal İtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, 4 günlük iş həftəsinə keçilməsi işçinin həftəlik iş yükünün azaldılması, onun istirahət günlərinin artırılması və əmək qabiliyyətinin bərpa edilməsi üçün imkanların genişləndirilməsi deməkdir:
 

MÖVZU İLƏ BAĞLI:

Avropada istirahət günlərinin SAYI ARTDI – Biz nə vaxt həftədə 4 gün işləyə biləcəyik? 


“Avropanın bir sıra dövlətlərində, o cümlədən Niderlandda və Belçikada bu layihənin icrasına başlanılıb. Qazaxıstanın da belə bir təşəbbüslə çıxış etdiyi deyilir. Niderland və Belçikanın 4 günlük iş həftəsinə keçid imkanları var. Amma Qazaxıstan iqtisadiyyatı buna hazır deyil.

4 günlük iş həftəsinə keçən ölkələrdə güclü sənaye və digər davamlı istehsal sahələri olmalıdır. Bundan başqa bu ölkələrdə texnologiya da sürətlə inkişaf etməlidir. Çünki, insanların əl əməyi azaldıqca texnologiya onu əvəzləməlidir.Və yaxud da insanların intellekti həddən ziyadə yükəsk olmalıdır”. 

Akif Nəsirli 4 günlük iş həftəsinə keçidin təhsil sektorunda daha rahat baş tuta biləcəyini hesab edir:

“Bəzi xidmət sahələrində də bunu tətbiq etmək olar. Ancaq sənayedə bu bir qədər çətindir. Məsələn, ağır sənayedə bu çox çətindir. Səhiyyə və bəzi xidmət sferasında bu uğurlu alınmaz. Məsələn, Avropada həftənin ən uzun iş günləri səhiyyə sistemindədir.
Yəni, 4 günlük iş gününə keçidi elan etməmişdən qabaq onun tətbiqi üçün iqtisadi şərait yaradılmalıdır. İş günlərinin azaldılması maddi-nemətlər bolluğunun yaradılmasından sonra baş verə bilər. 4 günlük iş həftəsinə keçid yalnız 4-cü sənaye inqilabının baş verdiyi ölkələrdə uğurlu olar. Minimum əmək haqqı 200-250 dollar olan ölkələrdə bu qətiyyən mümkün deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin