“Azərbaycan Rumıniya üçün strateji tərəfdaşdır və ölkələr arasında uzunmüddətli əlaqələr qurulub”.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku bildirib.
V. Popesku əlavə edib ki, Azərbaycan regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Nazir Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair imzalanmış Anlaşma Memorandumunu yüksək qiymətləndirib.
Nazir Rumıniyanın 2027-ci ilin əvvəlinədək “Həmrəylik halqası” təşəbbüsünə və bütün regiona töhfə verəcəyini qeyd edib.
Energetika naziri əlavə edib ki, Rumıniya Rusiya təbii qazından daha az asılıdır, tələbatının 80-85 %-ni hasilat hesabına təmin edir və Rumıniya “Həmrəylik halqası”nda tranzit rolunu oynayacaq:
“Buna görə də Moldova və Ukraynanı xatırlatdım, çünki onlar da regionda yerləşir və bu ölkələrin təchizatı ilə bağlı təhlükəsizliklərinin təmin edilməsi məsələsində dəstəyə ehtiyacları var”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:37 / 25.04.2023
Rumıniyanın energetika naziri: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”
Hazırda oxunan: Rumıniyanın energetika naziri: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”
Hazırda oxunan: Rumıniyanın energetika naziri: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”
132679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.