Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
Bizim.Media xəbər verir ki, RSK-ya məxsus avtomobillər növbəti dəfə aksiya keçirilən ərazidən maneəsiz keçid edib.
Xankəndidən gələn 1 minik, 1 şəxsi heyət daşıyan hərbi maşın və 1 yük maşını Laçın istiqamətinə gedib. Sərnişin daşıyan maşında mülki ermənilər olub.
Bizim.Media