Amerikalı jurnalist Ermənistanda əsgər valideynlərinin etirazını əks etdirən video paylaşıb.
Bizim.Media ABŞ jurnalisti Patrik Lankasterin görüntü və sözlərinə istinadən xəbər verir ki, erməni valideynlər övladlarının gizli yolla hələ də Qarabağa daşınmasına etiraz edirlər.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan prezidenti Baş Qərargah rəisi ilə görüşdü
Mitinq edən valideynlər bildiriblər ki, erməni hərbçiləri rus sülhməramlı nəzarətində olan Dağlıq Qarabağa daşınmaqda davam edir.
Hərbçi valideynləri ilə söhbətləşən jurnalistə məlum olub ki, İrəvan üçtərəfli razılaşmaları (10 noyabr, 11 yanvar) pozur.
Patrikin sözlərinə görə ermənilərin hamısının etirazı belədir:
"Biz uşaqlarımızın inşaat materialı adı ilə Dağlıq Qarabağa, Azərbaycan torpaqlarına yerləşdirilməsini istəmirik. Erməni hərbçilər orda olmalı deyil. Bizim komandanlıq zorakılıq, qan tökülməsini istəyir".
Şikayətçilər arasında oğlu Cəbrayılda yaralanıb və indiyədək depressiyadan çıxmayan ermənilərin də ana-atası danışıb. Digər valideyn isə deyib ki, övladlarımızın xidmətinə icazə veririk, amma Qarabağda yox.
Lankasterə verilən məlumata görə Qarabağa əsgərləri vətəndaş geyimində daxil edirlər.
"Ermənilər texnika olan maşınlarda da Qarabağa daşınır", - deyə amerikalı jurnalist çıxışını davam edib.
Həmin görüntüləri təqdim edirik:
Anar Rəhimov, Bizim.Media