Bosniya və Herseqovinanın "O Kanal" telekanalının heyəti erməni işğalından azad edilmiş Ağdam şəhərində olub.
Bizim.Media-nın məlumatına görə, Ağdamdan reportaj hazırlayan jurnalist buranı "Qafqazın Hirosiması" adlandırıb.
“Şəhərdə hər şey dağıdılıb, xarabalığa çevrili”-deyən reportyor ətraf düzənliklərin minalandığını vurulayıb:
"Şəhərin böyük hissəsi dağıdılmışdı. Yalnız "Cümə məscidi" istisna təşkil edirdi. Təxminən 30 illik işğaldan sonra Azərbaycan Ağdamı və 1990-cı illərdə işğal olunmuş digər əraziləri azad etdi. Ağdam 1990-cı illərdə ən böyük cinayətlərdən birinin törədildiyi Xocalıda sakinlərin qaça bilməsi üçün yol idi".
Bildirilib ki, Ağdama qaçış Xocalı sakinlərinin əksəriyyəti üçün ölümcül oldu:
"Vətən müharibəsinin zabitlərindən biri Zahid bəy həmin gecəni, dinc sakinlərin dağlarla və minalanmış ərazilərlə qaçmasını xatırlayır. Hər şey fevralın 25-dən 26-a keçən gecə baş verdi. Biz sakinləri mühasirəyə alınmış şəhərdən çıxarmağa çalışırdıq.
Bizə dedilər ki, keçmiş SSRİ-nin 366-cı alayı ermənilərlə birgə şəhəri mühasirəyə alıb. Yaralıları çıxarandan sonra biz bir qədər irəli getdik və dağın başında yerdə uzanmış yüzlərlə insan, qadın, uşaq, kişi gördük. Mən uzun müddət şokda idim".
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:00 / 27.02.2021
Bosniya və Herseqovina kanalının Ağdam reportajı: “Buraya qaçış ölümcül oldu” - VİDEO
Hazırda oxunan: Bosniya və Herseqovina kanalının Ağdam reportajı: “Buraya qaçış ölümcül oldu” - VİDEO
Hazırda oxunan: Bosniya və Herseqovina kanalının Ağdam reportajı: “Buraya qaçış ölümcül oldu” - VİDEO
13258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.