“Dünya ölkələrində də insanlar bir partiyadan digərinə transfer edirlər. Qardaş Türkiyədə yaxın günlərdə bir neçə nəfərin oxşar addımının şahidi olduq. Yəni normal qarşılanmalı bir haldır”.
Bu sözləri Bizim.Media-ya eks deputat Çingiz Qənizadə özünün Yeni Azərbaycan Partiyasına keçidi ilə bağlı açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Çingiz Qənizadə niyə YAP-a keçdi? - Eks deputatdan açıqlama...
Bu səbəbdən də bitərəf olmayıb, digər partiyaları təmsil edən siyasətçilərin fikrini öyrənməyə çalışdıq.
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “YAP-dan təklif gələrsə, həmin partiyaya keçərdinizmi” sualımıza hiddətləndi:
“Mən bu sualı qeyri-etik sayıram. Yeni Azərbaycan Partiyasının yeritdiyi kursa müxalif mövqe tuturuq. Prinsipial müxalifətdəyik və onunla siyasi qanun konstitusiyası çərçivəsində rəqabət aparırıq.
Ona görə də, belə bir sualı doğru saymıram. Sizə təklif edirəm ki, başqa partiya sədrlərinə bu cür müraciətlər etməyin”.
Pənah Hüseynin aqresiv cavabından sonra izah verdik ki, qardaş Türkiyədə də bir partiyadan digərinə keçidlər olub.
“Bu İYİ partiya, AK partiya məsələsi deyil. Yəqin Azərbaycanda yaşayırsınız və bizim mövqelərimizi bilirsiniz. Yeni Azərbaycan Partiyasına münasibətimiz də məlumdur”, - deyə Pənah Hüseyn bizimlə sağollaşdı.
Bizim.Media