Ülvü Qənizadə: “İlk qızıl medalı qazanmaq çox gözəl hissdir”

Hazırda oxunan: Ülvü Qənizadə: “İlk qızıl medalı qazanmaq çox gözəl hissdir”

132488

Avropa çempionu olmaq, ilk qızıl medalı qazanmaq çox gözəl hissdir”.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olması ilə bağlı danışarkən deyib.

24 yaşlı idmançı karyerasında əldə etdiyi ilk qızıl medalın sevincini yaşadığını söyləyib. Qənizadə çempionluqların sayını artırmaq barədə düşündüyünü vurğulayıb:

“Bundan sonra qatılacağım bütün yarışlarda məqsədim qızıl medal qazanmaq olacaq. Bunun üçün də bütün gücümlə çalışacağam”.

O, qitə birinciliyində 2 qızıl, 3 gümüş, 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə Azərbaycan millisinin çıxışını yüksək qiymətləndirib:

“Komanda yoldaşlarım çox yaxşı güləşdilər. Vətənə 6 medalla qayıdacağıq. Bunu uğurlu nəticə hesab edirəm. Əlbəttə, daha yaxşısını etmək olardı. Xüsusən də, Eldəniz Əzizli zədələnməsəydi, finalda qalib gələcəkdi”.

Ülvü Qənizadə əlavə edib ki, növbəti hədəfi dünya çempionluğudur:

“Ötən il mundialda gümüş medal qazanmışdım. Ümid edirəm ki, bu dəfə qızıl medal əldə edəcəyəm”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində Ülvü Qənizadə (72 kq) və Həsrət Cəfərov (67 kq) Xorvatiyada keçirilən Avropa çempionatının qalibi olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin