Laçında sərhəd keçid məntəqəsinin qurulması xəbəri şəhid oğlunda hansı hissləri yaradıb? - FOTO

Hazırda oxunan: Laçında sərhəd keçid məntəqəsinin qurulması xəbəri şəhid oğlunda hansı hissləri yaradıb? - FOTO

132486

"Baş verən sonuncu hadisələrə nəzərə salsaq, əminliklə demək olar ki, atamın qisası alındı. Laçında Azərbaycan-Ermənistan şərti sərhəddində keçid məntəqəsinin qurulması şəxsən məni çox sevindirir və mən bu tarixə şahidlik etdiyim üçün çox xoşbəxtəm" - bu sözləri bu gün anım günü olan şəhid Mehrac Məhəmməd oğlu Mahmudovun oğlu Ziya Mahmudov Bizim.Media-ya müsahibəsi zamanı bildirib. 

Mehrac Mahmudov 1958-ci ildə  Tərtər rayon Səhləbad kəndində anadan olub. Rusiyada təhsil aldıqdan sonra könüllü olaraq ərazilərimizin  müdafiəsi uğrunda döyüşlərə qatılıb.

Onun yeganə oğlu Ziya deyir ki, atası şəhid olanda onun doqquz yaşı olub. Atasının döyüş yolu haqqında yalnız Mehrac Mahmudovun əsgər yoldaşlarından öyrənib: 

"Düşmən arxasına keçiblər. Günlərlə pusqudan sonra atamgil düşmənin məhşur polkovniki, Kamo ləqəbli terrorçunu və onun köməkçilərini sağ ələ keçiriblər. Düşmən arxasında baş verən döyüşlər zamanı erməni zabitləri məhv edilib. Atam həmin əməliyyatda düşmənin xalq qəhrəmanı hesab olunan zabitini məhv edib. Atamla qürur duyuram. Onunla fəxr edirəm" - deyə Z.Mahmudov bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu


Bir çox döyüş əməliyyatlarında xüsusi qəhrəmanlıq göstərən Mehrac Mahmudov 23 aprel tarixində, cəbhənin Ağdam rayon İlxıçılar istiqamətində şəhid olub. Onun nəəşi Tərtərin Səhləbad kəndində dəfn olunub. 

Mehrac Məhəmməd oğlu Mahmudov ölmündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhidin oğlu qeyd edir ki, 44 günlük Vətən Müharibəsi zamanı əldə olunan şanlı qələbəmiz və ondan sonra baş verən bütün hadisələr faciələrimizin qisasını almağa hesablanıb. 

"Cənab Prezidentimizin uğurlu siyasəti nəticəsində şəhidlərimizin qisası alınıb və alınmaqda davam edir”. 

Şəhid Mehrac Mahmudov əslən Qərbi azərbaycanlıdır. Oğlu Ziya əminliklə qeyd edir ki, atasının əziz xatirəsinin Qərbi Azərbaycanda qeyd etmək arzusunun çin olacağına çox qalmayıb. 






Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin