Həcc ziyarətinə sənəd qəbulu BAŞA ÇATIB

Hazırda oxunan: Həcc ziyarətinə sənəd qəbulu BAŞA ÇATIB

132443

Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün aparılan sənəd qəbulu artıq başa çatıb.

Bu barədə Bizim.Media-ya ziyarətə getmək üçün sənəd vermək istəyən vətəndaşlardan biri məlumat verib.  
 

MÖVZU İLƏ BAĞLI:

Ramazanın ilk 10 günlüyündə Kəbəni ziyarət edənlərin SAYI 


Qeyd edək ki, sənədlərin qəbuluna martın 17-dən başlanılsa da, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Azərbaycanlı zəvvarlar üçün nə qədər kvota ayrıldığını hələ açıqlamayıb.

Bu il Qurban bayramı iyun ayının 28-i və 29-u qeyd olunacağı üçün zəvvarların ziyarətə gedişi də iyun ayının ortalarına təsadüf edəcək.

Kvota açıqlanmasa da, bu il bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir.  Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək. 
Onu da qeyd edək ki, ötən il Azərbaycandan olan zəvvarlar üçün 680 nəfərlik kvota ayrılmışdı. Ziyarətin qiyməti 9106 manat (5356 ABŞ dolları) olub.

Aygün İbrahimli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin