Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 82 kq-da yer alan idmançı almaniyalı Roland Şvartsla üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Hüseynov 5-ci yerlə kifayətlənib.
Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 6 medalla başa vurub. Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Avropa çempionu olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:12 / 23.04.2023
Yunan-Roma güləşçilərimiz Avropa çempionatını 6 medalla başa vurdular
Hazırda oxunan: Yunan-Roma güləşçilərimiz Avropa çempionatını 6 medalla başa vurdular
Hazırda oxunan: Yunan-Roma güləşçilərimiz Avropa çempionatını 6 medalla başa vurdular
132368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.