Azərbaycandan 10 minə yaxın erməni terrorçuya ŞOK ZƏRBƏ

Hazırda oxunan: Azərbaycandan 10 minə yaxın erməni terrorçuya ŞOK ZƏRBƏ

132319

Xəbər verdiyimiz kimi, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu haqda məlumatı Dövlət Sərhəd Xidməti yayıb. Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağıə hərbi ekspert Ədalət Verdiyev musavat.com-a açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu


Onun sözlərinə görə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistandan Azərbaycan ərazilərinə silah-sursat, şəxsi heyət, texnika, mina və digər avadanlıqların çatdırılmasının qarşısını maksimum məhdudlaşdırmağa imkan verəcək.

“Bu isə rusların müvəqqəti nəzarətində olan ərazilərdə hələ də qalmaqda olan 10 minə yaxın erməni silahlısının Azərbaycana qarşı müqavimət potensialını zəiflədəcək və nəticə etibarilə ərazilərin silahlılardan təmizlənməsi prosesini sürətləndirəcək”, - hərbi ekspert əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin