"Qarabağ-2"nin futbolçusu Şirxan Həsənzadə xəstəxanaya yerləşdirilib.
Bizim.Media-ya xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, isinmə hərəkətləri zamanı narahatlıq hiss edən gənc futbolçunun ürəyində problem aşkarlanıb:
MÖVZU İLƏ BAĞLI:
“Qarabağ”ın məşqində BƏDBƏXT OLAY – Futbolçunun ürəyi DAYANDI – YENİLƏNİB
“İsinmə hərəkətləri zamanı futbolçu narahatlıq hiss edib. O, həkimlərin müdaxiləsindən dərhal sonra yaxınlıqda yerləşən xəstəxanaya yerləşdirildi. Klubumuzun direktoru Emrah Çelikel, baş menecer Asif Əsgərov və baş məşqçimiz Qurban Qurbanov dərhal xəstəxanaya gəldilər. Bundan sonra xəstə daha yaxşı palataya köçürüldü.
Hazırda futbolçu əməliyyat olunur. Həkimlərin ilkin qənaətinə görə, vəziyyəti stabildir. Əməliyyatdan sonra durumunun daha da yaxşılaşacağına ümid edirik”.
Klub rəsmisi 20 yaşlı müdafiəçinin buna qədər tibbi müayinələr zamanı səhhətində belə problem olmadığını da bildirib:
“Futbolçu bizdə həm mövsümün əvvəlində, həm də qış fasiləsində tibbi baxışdan keçib və onda hər hansı bir problem aşkarlanmayıb. Şirxan həm də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür. Millinin heyətində də tibbi baxışdan keçib və hər hansı problem üzə çıxmayıb. Ümid edirik ki, tezliklə onunla bağlı şad xəbər eşidəcəyik”.
Bizim.Media