BMT Myanmanın hərbi hakimiyyətini tanımamağa çağırdı

Hazırda oxunan: BMT Myanmanın hərbi hakimiyyətini tanımamağa çağırdı

13220

BMT baş katibinin Myanmadakı xüsusi elçisi Kristin Şraner Burgener dövlətləri bu ölkənin hərbi hakimiyyətinin legitimliyini tanımamağa çağırıb.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, BMT Baş Assambleyasında Myanmaya dair müzakirələrdə Burgener Beynəlxalq birliyin bu rejimi legitimləşdirməməsi, onu tanımamasının çox mühüm olduğunu söyləyib.

“Hərbçilərin atdığı son addımları qətiyyətlə qınayaraq hamınızı Myanmada demokratiyanı dəstəkləyən birmənalı ismarıc verməyə çağırıram”,- deyə o qeyd edib.

Hərbi çevriliş və fövqəladə vəziyyət tətbiqini Konstitusiyanın pozulması kimi dəyərləndirən BMT rəsmisi hazırda təqiblərin hədəfi olan Milli Demokratiya Liqasının (National Ligue for Demokracy) 2020-ci ilin noyabr ayında keçirilmiş seçkilər zamanı səslərin 82 faizini qazandığını xatırladıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin