Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 426 min nəfərə sosial müavinət, 368 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.
Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 244 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 159 mln. manat ödənilib.
Son 3 ayda 34 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 463 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:42 / 22.04.2023
Bu il sosial müavinətlər üzrə ödənilən vəsait AÇIQLANDI
Hazırda oxunan: Bu il sosial müavinətlər üzrə ödənilən vəsait AÇIQLANDI
Hazırda oxunan: Bu il sosial müavinətlər üzrə ödənilən vəsait AÇIQLANDI
132181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.