Dörd günlük Ramazan bayramı tətilini fürsət bilənlər rayonlara üz tuturlar.
Ona görə də adi günlərdən fərqli olaraq istər avtobusların, istərsə də kassaların qarşısında sıxlıq müşahidə olunur.
Bizim.Media xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib ki, sıxlığa səbəb insanların biletləri öncədən deyil, məhz gedəcəkləri gün almalarıdır.
Əvvəlcədən həm kassadan, həm də onlayn bilet alan sərnişinlər isə heç bir problemlə üzləşməyiblər. Bütün avtobuslar biletdə qeyd edilən vaxtlarda bölgələrə yola düşüb.
Qeyd edək ki, ölkə ərazisindəki bütün avtovağzallar bayramla əlaqədar aprelin 20-dən 25-dək gücləndirilmiş iş rejiminə keçib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyib ki, sıxlığın qarşısını almaq üçün bütün regionlar üzrə reyslərə əlavə avtobuslar ayrılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media