Müğənni Rahidə Baxışova evini təmir edən ustalardan şikayətlənib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində danışıb.
Sənətçi bildirib ki, uzun müddətdir ev alsa da təmiri hələ də bitməyib. Rahidə bunun günahını isə ustaların qeyri-peşəkarlığında görüb:
"Hələ evimin təmiri bitməyib. Buna görə də, evimdə heç kimi qonaq edə bilmirəm. Sürünə-sürünə mən qapıları gəzirəm (gülür). Elə olub ki, təmir üçün sementləri özüm alıb, avtomobilə yükləyib aparmışam. Müəyyən bir şeylər lazım olub, alıb özüm aparmışam.
Gərək qadın, qadın kimi xoşbəxt olsun. Bu illər ərzində evimi təmir etdirərək yaxşı təcrübə qazanmışam. Artıq çox ustalara inanmıram. Elektrik işini görən usta, onları qınamıram, amma etdikləri də düzgün deyil, əlavə qazanc üçün malyar, santexnika işlərini də görür. Bu işlərin hamısı başıma gəlib. Əslində isə hər işin özünün peşəkarı olmalıdır".
- A-
- A
- A+
Şoutaym
22:00 / 21.04.2023
Rahidə ustalardan ŞİKAYƏTLƏNDİ: \"Evimin təmiri hələ bitməyib\" - VİDEO
Hazırda oxunan: Rahidə ustalardan ŞİKAYƏTLƏNDİ: \"Evimin təmiri hələ bitməyib\" - VİDEO
Hazırda oxunan: Rahidə ustalardan ŞİKAYƏTLƏNDİ: \"Evimin təmiri hələ bitməyib\" - VİDEO
132133
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.