“Məşədi Dadaş məscidinin axundu mərhum Hacı Şahin Həsənlinin yerinə təyinat olacaq”.
Bizim.Media xəbər verir ki, bunu “Teleqraf.com”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Sədr müavini xatırladıb ki, yanvar ayından məscidlərə din xadimlərinin təyinatı və onların azad edilməsi səlahiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib:
“İnşallah, mərhum Hacı Şahin Həsənlinin yerinə təyinat olacaq. Məsləhətli insanlar var. Yəqin ki, Komitə bunu qərarlaşdırıb həmin şəxsi attestasiyadan keçirəcək və ora savadlı bir insan təyin olunacaq. Allah Hacı Şahin qardaşımıza rəhmət eləsin. Ruhu şad olsun!”
Qeyd edək ki, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:49 / 21.04.2023
Hacı Şahinin yerinə kim keçəcək? – QMİ-dən AÇIQLAMA
Hazırda oxunan: Hacı Şahinin yerinə kim keçəcək? – QMİ-dən AÇIQLAMA
Hazırda oxunan: Hacı Şahinin yerinə kim keçəcək? – QMİ-dən AÇIQLAMA
132031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.