Vergi daxilolmaları ARTIB 

Hazırda oxunan: Vergi daxilolmaları ARTIB 

132023

Sahibkarlar üçün biznes mühitinin təkmilləşdirilməsi, biznesin leqal fəaliyyətinin genişlənməsi, yeni yanaşmalar, vergiödəyiciləri ilə təmassız münasibətlər və rəqəmsal xidmətlərin əhatəsinin genişləndirilməsi büdcə gəlirlərinin artmasına müsbət təsir edir. 

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, cari ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat həcmində vergi daxil olub.

Bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz və ya 2,1 milyard manat artım deməkdir. 

Qeyri-neft-qaz sektorunda daxilolmalar 2 milyard 618 milyon manat təşkil edib. 2022-ci ilin I rübü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 16,4 faiz çox olub. DVX-nin xətti ilə bu ilin üç ayı ərzində proqnozdan əlavə 1,1 milyard manatdan çox vəsait toplanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin