Fazil Mustafadan səhhəti ilə bağlı AÇIQLAMA: “Dörd həftə sonra…” 

Hazırda oxunan: Fazil Mustafadan səhhəti ilə bağlı AÇIQLAMA: “Dörd həftə sonra…” 

131955

“Bu gün yaralarımın tikişləri söküldü və hər hansı bir fəsad aşkar olunmadı. Hələ ki, sağ ayağımda reabilitasiyaya başlaya bilərəm. Dörd həftə sonra çiyin nahiyəsində də bu prosesi başlamaq nəzərdə tutulur”.  

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili özünün “Facebook” hesabında məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Millət vəkili: “Yoldaşım qapını açanda dedim ki, məni vurdular” - VİDEO


Xalqımızı qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən F. Mustafa yazıb: 

“Əziz dostlar. Sabah Ramazan bayramıdır, hamınıza xeyir, bərəkət, məmləkətimizə barış arzulayıram. Son otuz ildə ilk dəfə idi bu ayın fəzilətindən faydalanmaq, sonadək Allah qarşısında borcumu yerinə yetirmək nəsib olmadı. Namazı məhdud şərtlərlə də olsa bərpa etdim, lakin müalicə prosedurasına tabe olmaq məcburiyyəti oruc tutmağa imkan vermədi.  

Hər şey əvvəlkindən də gözəl olacaq. Əsas odur ki, diriyik, güclüyük, inamlıyıq. Allah millətimizi və dövlətimizi qorusun! Bir daha bu gözəl bayramın bərəkəti ocağınıza yetişsin”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin