ABŞ-ın əsas ermənipərəst "siyasətçisi" fəallaşdı -  Ermənilərdən yenə pul qoparacaq?

Hazırda oxunan: ABŞ-ın əsas ermənipərəst "siyasətçisi" fəallaşdı -  Ermənilərdən yenə pul qoparacaq?

131909

Hər kəs şəkildə olan bu senatoru yaxşı tanıyır. O, ABŞ-da ermənilərin ən səs-küylü müdafiəçilərindən biri olan Bob Menendesdir. Hazırda o, xarici lobbiçilik şübhələri səbəbiylə federal istintaqa məruz qalıb. Ermənilər "siyasətçiyə" arvadı Nadine Arslanyan vasitəsilə ianə şəklində rüşvət verir.

Bizim.Media xatırladır ki, ermənilər Bobu çoxdan "özəlləşdiriblər",  üstəlik, planlarına əmin olmaq üçün bir erməni qadını ona "ərə veriblər".

Ancaq Bobik unudub ki, bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken əsassız anti-Azərbaycan bəyanatlarından sonra onu yerinə oturtmuşdu.

Qarşıdan (24 aprel) isə ermənilərin qondarma “erməni soyqırımı” günü gəlir. Artıq dünyanın hər yerinə "səpələnən" bütün ermənipərəst "siçovullar" aktivləşməyə başlayıb. Təbii ki, bu, erməni xalqını dəstəkləmək üçün edilmir. Onları daha çox erməni diasporunun pulu maraqlandırır.

Aprelin 25-də isə Menendes Ermənistanı vecinə almayacaq. Bu ölkə ilə onu bağlayan yeganə şey puldur. 

Qeyd edək ki, “The Wall Street Journal” nəşrinə görə ABŞ Federal Prokurorluğu Menendes və onun həyat yoldaşını araşdırıb və senatorun ermənilər tərəfindən maliyyələşdirilməsi sxemini üzə çıxarıb.

Prokurorlar müəyyən ediblər ki, o, dəstək və yardım qarşılığında arvadı vasitəsilə dəfələrlə böyük “hədiyyələr” və “ianələr” alıb.

2019-cu ildən davam edən istintaq çərçivəsində Arslanyanın biznes tərəfdaşları da dindirilib.

WSJ yazır ki, prokurorlar Bobun gizli xarici lobbiçilik faktları ilə maraqlanıb.

Hətta Arslanyanın ortaqlarından biri olan Vael Xananın ofisində axtarış aparılıb. Onun rəsmi sahibi olduğu şirkət Misirə ixrac edilən ətin halal sertifikatı ilə məşğuldur. Lakin şirkətin maliyyə əməliyyatları şübhə doğurub.

Qeyd edək ki, Azərbaycanla Ermənistan sərhədində baş verən son insidentdən sonra Senatda keçirilən dinləmələrdə Bob Menendes ABŞ dövlət katibinə “Biz Ermənistana hücum edən Azərbaycanı niyə dəstəkləyirik” sualını vermişdi.
O, cavabında "Azərbaycanın İranla sərhədini qorumaq, Azərbaycan Silahlı Qüvvələri ilə NATO arasında qarşılıqlı əlaqəni gücləndirmək lazımdır" cavabını verərək sualdan yayınmışdı. 

Menendes isə ermənilərdən daha çox pul qopartmaq üçün başqa cavab gözləyirdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin