Aktyor İbrahim: “Filmlərimizdə sevgi səhnəsi maksimum əl tutmaq və qucaqlaşmaqla bitir” - VİDEO

Hazırda oxunan: Aktyor İbrahim: “Filmlərimizdə sevgi səhnəsi maksimum əl tutmaq və qucaqlaşmaqla bitir” - VİDEO

131897

Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingiz aktrisa həyat yoldaşı Aydan Axundzadənin filmlərə çəkilməsi ilə bağlı heç bir qadağa qoymadığını açıqlayıb. 

Bizim.Media xəbər verir ki,  bu haqda sənətçi “Səhər mərkəzi” verilişində danışıb. 

“Biz Azərbaycan reallığında yaşayırıq. Azərbaycanda isə çəkilən filmlərdə sevgi səhnəsi maksimum əl tutmaq və qucaqlaşmaqla bitir. Burada heç bir sanksiyadan və ya qadağadan söhbət gedə bilməz. Biz aktyoruq və işimizin öhdəsindən gəlməliyik. Bir insanla ailə quranda  başa düşməlidir ki, kimlə əlaqə qurur və bu hara gedir. Ona görə də boşanmalar olur. Bizdə isə belə məsələlər yoxdur, sənət ailəsiyik”, - deyə İ.Çingiz vurğulayıb. 

Sözügedən məsələ isə İbrahimin xanımı Aydan Axundzadə isə belə reaksiya verib: 

“Biz hər zaman ailədə bizə təklif olunan layihə və ya obrazı müzakirə edirik. Burada qadağa deyilən bir şey yoxdur. Bu layihənin verəcəyi müsbət və mənfi tərəfləri budur. Tərəziyə qoyub ölçüb-biçirik. Elə olmasın ki, "sənə görə bu obraza razılıq verdim" fikri yaranmasın. İndiyə kimi belə bir hal yaşanmayıb”. 
Qeyd edək ki, İbrahim və Aydan cütlüyünün Mehriban adlı qız övladları var. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin