Paşinyan son sözünü dedi: "Qarabağ Azərbaycandır"

Hazırda oxunan: Paşinyan son sözünü dedi: "Qarabağ Azərbaycandır"

131870

"Ermənistan Madrid prinsiplərinə əsasən Qarabağı  Azərbaycanın bir hissəsi kimi tanıyıb. Sadəcə problem bundadır ki, biz arzularımızı reallıq hesab edib uzun illər bununla yaşamışıq".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistin "Siz qeyd etdiniz ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Azərbaycan SSR çərçivəsində tanıyır. Bu, həm də o deməkdirmi ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir?" sualına cavab verərkən deyib.

"Amma düşünmədik ki, bu "reallığın" beynəlxalq və geosiyasi reallıqla heç bir əlaqəsi yoxdur. Biz bu gerçək reallıqla üz-üzə qalmalıyıq", deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin