Beynəlxalq Əfv Təşkilatı İranda məktəblərə kimyəvi hücumlarla bağlı təcili tədbir görülməsini tələb edərək, bununla bağlı müstəqil beynəlxalq təhqiqatın aparılmasına çağırış edib.
Bizim.Media xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın yaydığı bəyanatda bildirilib.
Təşkilat habelə xəbərdarlıq edib ki, zəhərlənmələr fonunda İranda milyonlarla məktəbli qızın təhsil, sağlamlıq və başqa həyati hüquqları təhlükə altındadır.
Bəyanatda Tehran hakimiyyətinin zəhərlənmə hallarının araşdırılması yönündəki səyləri yetərsiz hesab edilib və hakimiyyət məsələnin mahiyyətini təhrif etməkdə ittiham edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
10:53 / 20.04.2023
İranda məktəblərə kimyəvi hücumların arxasında nə dayanır?
Hazırda oxunan: İranda məktəblərə kimyəvi hücumların arxasında nə dayanır?
Hazırda oxunan: İranda məktəblərə kimyəvi hücumların arxasında nə dayanır?
131816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.