İlin ilk tutulma hadisəsi - Günəş tutulması başa çatıb.
Şamaxı Astrofizika Rəsədxanasından Bizim.Media-ya verilən xəbərə görə, bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.
Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayıb, saat 10:59-da isə sona çatıb. Ümumilikdə 5 saat 25 dəqiqə davam edən tutulmanın maksimumu saat 08:16-da olub.
Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunub. Azərbaycan ərazisində isə müşahidə olunmayıb.
***09:15
Bu gün 2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması başlayıb.
Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.
Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayıb və saat 10:59-da sona çatacaq.
Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.
Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunacaq. Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:15 / 20.04.2023
İlin ilk Günəş tutulması başa çatdı - YENİLƏNİB
Hazırda oxunan: İlin ilk Günəş tutulması başa çatdı - YENİLƏNİB
Hazırda oxunan: İlin ilk Günəş tutulması başa çatdı - YENİLƏNİB
131794
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.