"Real" futbolçusu Kərim Benzema ilə müqaviləni 2024-cü ilə qədər uzatmaq variantını aktivləşdirib.
Bizim.Media xəbər verir ki, bubarədə AS məlumat yayıb. Lakin 2023/23 mövsümü hücumçunun klubdakı son mövsümü olacaq.
"Real" forvardın sözləşməsindəki bənddən yararlanıb, "Qızıl top"u qazanan futbolçu ilə müqavilə avtomatik yeniləyib.
Fransalı oyunçu isə başa düşür ki, gələn mövsüm onun komandadakı sonuncusu olacaq. 2024-cü ildə braziliyalı hücumçu Andrik "Real"a qatılacaq. Həmçinin klub hücum xəttini gücləndirmək üçün başqa variantlar da axtarır.
Daha əvvəl Madrid klubunun rəhbərliyinin "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı almaqda maraqlı olduğu bildirilirdi.
Qeyd edək ki, Benzema bu mövsüm La Liqada 19 oyuna çıxıb, 14 qol vurub və 3 qolun ötürməsini verib.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:30 / 20.04.2023
"Real" Benzema ilə müqaviləni uzatdı
Hazırda oxunan: "Real" Benzema ilə müqaviləni uzatdı
Hazırda oxunan: "Real" Benzema ilə müqaviləni uzatdı
131774
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.